1985-ci ildə anadan olub.
2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr, 2009-cu ildə fərqlənmə ilə həmin fakültənin magistr və 2017-ci ildə Hüquq fakültəsinin doktorantura pilləsini bitirib.
2007-2008-ci illərdə magistr təhsili aldığı Bakı Dövlət Universitetindən akademik məzuniyyət götürərək, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib.
2008-ci ildə əmək fəaliyyətinə Avropa İttifaqının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Koordinasiya Bürosunda başlayıb, fəaliyyətini İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə davam etdirib, Layihə İdarəetmə Qrupunun üzvü olub.
2011-ci ildə Gürcüstanda CABİR Regional Təlim Proqramını, 2013-cü ildə ABŞ-ın Georgiya Universitetində UGA təlim kursunu bitirib.
2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləyib.
2012-2013-cü illərdə həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub.
Çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifidir.
2018-ci ilin avqust ayında Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə keçirilib.
2019-cu ilin yanvar ayında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.
2019-2025-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə maliyyə nazirinin müavini təyin olunub.
9 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Sərəncamı ilə Himalay Məmişov “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.
23 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İngilis, rus və türk dillərini bilir.
Evlidir, 3 övladı var.