Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

“Büdcə Məlumat İdarəetmə (BMİ)” altsistemi

Dövlət büdcəsinin planlaşdırılması, icrası, monitorinqi və təhlili üzrə məlumatların vahid rəqəmsal platforma üzərindən idarə edilməsini təmin edən əsas inteqrativ altsistemdir. BMİS büdcə prosesinin bütün mərhələlərini büdcə layihəsinin formalaşdırılmasından icra göstəricilərinin qiymətləndirilməsinədək dövlət maliyyə idarəçiliyində məlumat əsaslı qərarvermə mexanizmini gücləndirir.

Altsistem vasitəsilə dövlət qurumları tərəfindən təqdim edilən büdcə sifarişləri, proqnoz göstəriciləri və təsnifat məlumatları mərkəzləşdirilmiş qaydada toplanır, yoxlanılır və emal olunur. BMİS büdcə təsnifatına uyğunluq, limitlərin avtomatik nəzarəti və konsolidasiya olunmuş məlumatların formalaşdırılması imkanlarını təmin edərək büdcə proseslərində şəffaflığı, dəqiqliyi və qarşılıqlı əlaqələndirməni artırır.

BMİS digər maliyyə və xəzinədarlıq informasiya sistemləri ilə inteqrasiya olunmaqla büdcə icrasının real vaxt rejimində izlənilməsinə və analitik hesabatların hazırlanmasına imkan yaradır. Altsistem əsasında formalaşdırılan analitik göstəricilər büdcə intizamının gücləndirilməsinə, fiskal risklərin vaxtında müəyyən edilməsinə və dövlət maliyyə resurslarının daha səmərəli bölüşdürülməsinə xidmət edir.

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının rəsmi dövlət platforması