“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasi Prezidentinin 03.02.2025-ci il tarixli 317 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədilə “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi yaradılmışdır.
e-rüsum informasiya sistemi – “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçotunu təmin edir.