Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının rüblük olaraq icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlilini və bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə nəticələri barədə məlumatların əldə edilməsini təmin edir.
Bu sistemin yaradılmasında əsas məqsəd dövlət maliyyəsinin səmərəli idarə edilməsi, dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması və dövlət müəssisələrində uçot və hesabatlılığın təkmilləşdirilməsidir.
Altsistem vasitəsilə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərdə vahid uçot və hesabatlılıq sisteminin qurulması, orta və uzunmüddətli dövrdə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən edilməsi, büdcədən asılılığın azaldılması və dövlət büdcəsinə dividend ödənişlərinin artırılması hədəflənir.