“e-muhasibat” altsistemi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunun elektron qaydada aparılmasını təmin edir. Altsistem dövlət qurumlarının maliyyə-təsərrüfat əməliyyatlarını vahid rəqəmsal platforma üzərindən idarə edir, informasiya və elektron hesabat mübadiləsini təmin edir, əməliyyatların şəffaflığını artırır.
Altsistem Azərbaycan qanunvericiliyinə uyğun, web əsaslı platforma üzərində işləyir, sənədlərin rəqəmsal imzalanması və QR kod tətbiqi imkanlarını təmin edir və dövlət qurumları arasında məlumat mübadiləsini həyata keçirir.
Əsas komponentləri kimi İnsan resursları, Əmək haqqı, Ezamiyyə, Təchizat, Əsas vəsaitlər, Material ehtiyatlar və Pul vəsaitləri – birlikdə əməliyyatların vahid şəkildə idarə olunmasını və hesabatlılığın təmin edilməsini mümkün edir.