“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə Nazirlik yanında İctimai şura yaradılıb.
2025-ci il 13 noyabr tarixində keçirilən seçkilər nəticəsində İctimai şuranın 7 nəfərlik tərkibi müəyyənləşib. İctimai şuraya seçkilər vətəndaş cəmiyyəti institutlarının bilavasitə iştirakı ilə tam şəffaf şəraitdə keçirilib.
* Ətraflı axtarış nəticələri daha dəqiq və sürətli tapmaq imkanı yaradır. Tarix, kateqoriya və digər parametrlərlə axtarışınızı fərdiləşdirə bilərsiniz.
8778
Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.