Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Ən çox verilən suallar

Azərbaycan Respublikası Dünya Bankı Qrupu (WBG), Beynəlxalq Valyuta Fondu (IMF), İslam İnkişaf Bankı (IDB), Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı (ECOBANK) və s. maliyyə institutları ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikasının maliyyə naziri Beynəlxalq Valyuta Fondunun, Asiya İnkişaf Bankının, Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından rəhbər kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, İslam İnkişaf Bankının Rəhbərlər Şurasında ehtiyat rəhbər kimi, maliyyə nazirinin müavini isə İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından ehtiyat rəhbər kimi ölkəmizi təmsil edir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan Muxtar Respublikasında 100,0 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilmişdir.

“Mühasibat uçotu haqqında” AR. Qanununun 2.1.8-ci maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.

Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının) müqayisəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında vahid büdcə təsnifatı tətbiq olunur. Büdcə təsnifatı büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi, inzibati və s. prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir. Büdcə təsnifatının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kbineti tərəfindən müəyyən edilir.

Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

Vətəndaş dövlət büdcəsinin gəlirləri və ya xərcləri ilə bağlı məlumat almaq üçün http://www.maliyye.gov.az internet saytına daxil olaraq “Vətəndaşın büdcə bələdçisi”ndən və həmin saytda olan digər məlumatlardan yararlana bilər.

Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası, öz səlahiyyətləri daxilində isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən fermerlərə əkin, məhsul, toxum, heyvan, arı, barama subsidiyaları olmaqla dövlət büdcəsindən 6 adda maliyyə dəstəyi göstərilir. Bununla yanaşı fermerlər üçün bir sıra güzəştlər də müəyyən edilmişdir. Dövlət büdcəsinin vəsaiti hesabına lizinqə götürülən və satın alınan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40 faizinə, habelə idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləğləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

“Ölkə ərazisində avtomobil və dəmir yollarının çəkilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi və sair infrastruktur obyektlərinin yaradılması ilə bağlı tikinti altına düşən maneələrin köçürülməsi ilə əlaqədar vətəndaşlara dəymiş ziyana görə kompensasiyanın ödənilməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin Qanunun tələblərinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu (Maddə 3 – Torpağın alınmasına əsas verən dövlət ehtiyacları) və bu məqsədlə dövlətin adından icraçı qurum kimi çıxış edən alan orqanın (Maddə 6 – Torpaqları dövlət ehtiyacları üçün alan orqan) müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir.Həmin Qanunun 3-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alına biləcək torpaqlar aşağıdakılardır:

  1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 
  2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 
  3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 
  4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 
  5. dəniz limanının ərazisinin artırılması.

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli  237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın 3.14-cü bəndinə əsasən Peşəkar mühasib sertifikatı bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən formada tərtib edilir və Dövlət İmtahan Mərkəzin vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilir.Qeyd olunanları nəzərə alaraq, Maliyyə Nazirliyi peşəkar mühasib sertifikatı əldə etmiş şəxslərin dövlət reyestrini həyata keçirir. Sertifikatların təqdim edilməsi Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aiddir.

Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri – avtonəqliyyat vasitələrinin aylıq  yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin istismar müddəti 5 ilə qədər olduqda 30 faizi məbləğində, istismar müddəti 5 ildən yuxarı olduqda isə 40 faizi məbləğində hesablanır.

Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Kollektiv mükafatlandırılma və fərdi mükafatlandırılma

Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən  məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Eyni zammanda Mülki Məcəllənin 107.6-ci maddəsinə əsasən həmin Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Eyni zammanda Mülki Məcəllənin 107.6-ci maddəsinə əsasən həmin Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

Bəli. İnzibati xətalar məcəlləsinin 462.1-ci maddəsinə əsasən maliyyə hesabatlarını qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim etmədiklərinə görə qeyri-hökumət təşkilatları 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər.

Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini (Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla) funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir. Hazırda ölkənin icmal büdcəsinə aşağıdakı büdcələr daxildir:

  1. Dövlət büdcəsi
  2. Naxçıvan Muxtar Respublikasının büdcəsi
  3. Dövlət Neft Fondunun büdcəsi
  4. Dövlət Sosial Müdafiə Fondunun büdcəsi
  5. İşsizlikdən Sığorta Fondunun büdcəsi
  6. İcbari Tibbi Sığorta Fondunun büdcəsi

“Mühasibat Uçotu haqqında” AR Qanununun 8.1-1-ci maddəsinə əsasən bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri (kredit təşkilatları istisna olmaqla) mühasibat uçotunu Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar.

Mühasibat uçotu haqqında” AR Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin 25.01.2018-cil tarixli 14 nömrəli qərarı qəbul edilmişdir, Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-01 nömrəli, 18 yanvar 2012-ci il tarixli  Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” qəbul olunmuşdur.

Subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir.    

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndi ilə fermerlərə subsidiyaların verilməsinin (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilinin və əlaqələndirilməsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirildiyi təsbitlənmişdir. Göstərilənlərlə əlaqədar olaraq müvafiq məlumatların əldə edilməsi üçün aidiyyəti quruma müraciət edilməsi xahiş olunur.

Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Sifarişçi qurum Maliyyə Nazirliyinə kompensasiya ödənilməsi üçün müraciət edir və zəruri təsdiqedici sənədləri (müstəqil qiymətləndiricinin hesabatı, kadastr planı və s.) əlavə edir. Sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edilməsi Maliyyə Nazirliyi tərəfindən nəzərdən keçirildikdən sonra, kompensasiyanın ödənilməsinin mümkünlüyü barədə sifarişçi təşkilata cavab məktubu göndərilir.

Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarının 3.9-cu bəndinə əsasən ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir və növbəti yoxlama (təftiş) keçirilənə qədər üzərində “korlanıb” sözü yazılmaqla mühasibatda saxlanılır. Həmin Qaydanın 3.10-cu bəndinə əsasən İstifadəsiz qalmış və korlanmış ciddi hesabat blankları təşkilatlar və fərdi sahibkarlar tərəfindən bu barədə akt tərtib edilməklə, Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir.

“Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar”ın 4.4-cü bəndinə əsasən birbaşa mühasibat balansında maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar olan elementlər aktivlər, öhdəliklər və kapitaldır. Bunlar aşağıdakı kimi müəyyən edilir:

  • Aktiv – keçmiş hadisələrin nəticəsi kimi qurum tərəfindən idarə olunan və quruma gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur.
  • Öhdəlik – qurumun kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni təcəssüm etdirən resurslarının qurumdan kənara ахını ilə nəticələnən mövcud borcudur.
  • Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, qurumun xalis aktivlərinin dəyəridir.

Həmin Konseptual Əsasların 4.25-ci bəndinə əsasən gəlir və xərclərin elementləri aşağıdakı kimi müəyyən olunur:

  • Gəlir – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya  öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.
  • Xərclər – mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

“Maliyyə Nazirliyinin Kollegiyasının 2017-сi il 30 yanvar tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən Maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarətdir:

  1. Maliyyə vəziyyəti haqqında hesabat 
  2. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat 
  3. Kapitalda dəyişikliklər haqqında hesabat (3 nömrəli əlavə):
  4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (4 nömrəli əlavə);
  5. Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər

Əgər məhkəmə qərarında Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmuyubsa, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya məbləği sifarişçi qurumun öz vəsaiti hesabına vətəndaşa ödənilir. Lakin bəzi hallarda məhkəmə qərarlarında tərəf kimi Maliyyə Nazirliyi də tanınır. Belə olan halda kompensasiya məbləğinin vətəndaşa dövlət büdcəsinin müvafiq xərc maddəsindən ödənilməsinin mümkünlüyü məsələsinə baxıla bilər.

Büdcəyə daxilolmaların vəziyyətindən asılı olmayaraq iqtisadi təsnifatın əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər və hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və onlara sekvestr tətbiq olunmur.

İşçi ilk növbədə çalışdığı təşkilatın baş mühasibinə və ya həmkarlar təşkilatına, məsələ öz həllini tapmadıqda isə tabe olduğu təşkilatın rəhbərinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanına əsasən alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərin baxılması ilə əlaqədar bəzi səlahiyyətlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir.

Belə ki, Maliyyə Nazirliyi alan orqan tərəfindən müstəqil qiymətləndirici cəlb edilməklə hər bir torpaq və əmlakın əvəzində ödəniləcək kompensasiya məbləğinin mövcud bazar qiymətlərinə uyğun olaraq hesablanmasına, bununla bağlı yerli maliyyə orqanlarına sorğuların göndərilməsinə, torpaq sahəsinin və üzərində olan tikilinin kadastr planında öz əksini tapmasına və sair nəzarət işlərinin görülməsini həyata keçirir.

“Mühasibat Uçotu Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.19-cu bəndinə əsasən Peşəkar mühasib – müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.

Bəli, “Mühasibat Uçotu Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.19-cu bəndinə əsasən Peşəkar mühasib peşəkar mühasib təşkilatına üzv olmalıdır. Peşəkar mühasib sertifikatına malik olan lakin peşəkar mühasib təşkilatına üzv olmayan şəxs Peşəkar mühasib sertifikatı əldə etmiş şəxs hesab edilir.

““Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan Peşəkar mühasib sertifikatı əldə edmiş şəxslərdən aşağıdakı məlumatları Maliyyə Nazirliyinə təqdim etmələri xahiş olunur:

  1. Peşəkar mühasib sertifikatı almış şəxsin üzv olduğu peşəkar mühasib təşkilatından əldə etdiyi arayışın sürəti;
  2. Şəxsiyyətini təsdiq edən sənədin sürəti.

Həmin şəxs Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşən “Mühasibat uçotu” sonra isə “Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri” bölməsinə daxil olmaqla.

“Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli  237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın 4.6-cı bəndinə uyğun olaraq Peşəkar mühasib sertifikatı almış şəxslər bu Qaydaların 4.3.6-cı yarımbəndində göstərilən məlumatı Maliyyə Nazirliyinə təqdim etdikdən sonra həmin məlumat 5 (beş) iş günü müddətində dövlət reyestrinə daxil edilir.

Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşən “Mühasibat uçotu” bölməsinin “Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatları” altbölməsindən.

Bəli. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının 29.4  maddəsinə əsasən  qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

Qeyri-hökumət təşkilatlarına, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə maliyyə hesabatlarının təqdim edilməməsinə görə tətbiq edilmiş cərimə məbləğlərinin ödənilməsi üçün bank rekvizitləri aşağıdakı kimidir:

  • B1. Benefisiar (alan) bank
  • Adı: Dövlət Xəzinədarlığı Agentliyi
  • Kodu: 210005
  • VÖEN: 1401555071
  • Müxbir hesab: AZ41NABZ01360100000000003944
  • S.W.İ.F.T.: BİK:CTREAZ22
  • B2. Alan müştəri
  • Adı: Bakı şəhər Baş maliyyə idarəsi
  • Hesab №: AZ66CTRE00000000000002107131
  • Büdcə səviyyəsinin kodu: 1
  • Büdcə təsnifatının kodu: 143300
  • VÖEN: 1700446391
  • Təyinatı: Maliyyə hesabatlarının təqdim edilməməsinə görə cərimə məbləğinin ödənişi.

“Qeyri- Hökümət Təşkilatlarının Elektron Hesabatlılıq Proqramı”nda “Şifrəni unutmusunuz?” düyməsini basaraq, istifadəçi kodunu daxil etməlisiniz. Yeni şifrəniz (parolunuz) e-mail ünvanınıza göndəriləcəkdir.

“Qeyri-hökumət Təşkilatlarının Elektron Hesabatlılıq Proqramı”na https://qht-hesabat.maliyye.gov.az linki vasitəsilə daxil ola bilərsiniz.

2 hal mövcud ola bilər: 1) Vergilər Nazirliyində fəaliyyətini  dayandırmış təşkilatlar Maliyyə Nazirliyinə maliyyə fəaliyyətinin olmaması barədə Arayış təqdim etməlidirlər; 2) Ədliyyə Nazirliyində fəaliyyətini  dayandırmış təşkilatlar Maliyyə Nazirliyinə hesabat təqdim etməkdən azaddırlar.

Hesabat ilinin IV rübündə yaradılan qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını təqdim etməyə bilərlər.

Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir (yanvar ayından başlayaraq).

Maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları maliyyə fəaliyyətinin olmaması barədə Arayış (Forma № 5) təqdim etməlidirlər.

Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 2.39-cu bəndinə əsasən mühasibat uçotu subyektinin rəhbəri əmrlə daim fəaliyyətdə olan inventarizasiya komissiyasına yararsız hala düşmüş əmlakın ləğv edilməsi üçün yaradılacaq daimi fəaliyyətdə olan ləğvetmə komissiyasının səlahiyyətlərini həvalə etmək hüququna malikdir. Həmin Qaydaların 2.40-cı bəndinə uyğun olaraq, yararsız hala düşmüş aktivlərin qanunvericiliyə uyğun balansdan silinməsi inventarizasiya başa çatdıqdan sonra həyata keçirilir. Bu Qaydaların 2.41-ci bəndinə əsasən inventarizasiya komissiyası istismara yaramayan, təmir və bərpa olunmağa lüzumu olmayan aktivlərə görə, onların istismara verilməsi tarixi və yararsız hala düşməsi səbəbləri (xarabolma, tam köhnəlmə hesablanması) göstərilməklə, ayrıca siyahı tərtib edir.

Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə təsdiqlənmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” ilə tənzimlənir.

Müvafiq mövzu üzrə açar sözləri daxil edərək tələb olunan məlumatın tapılmasını daha operativ həyata keçirə bilərsiniz. Axtardığınız mövzu cari bölmədə öz əksini tapmadığı təqdirdə, sualınızı Elektron müraciət bölməsi vasitəsilə bizə ünvanlamağınız xahiş olunur.

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının rəsmi dövlət platforması