Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azər Əziz oğlu Bayramov

1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.

1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi əmək fəaliyyətinə başlamışdır. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş Üzrə idarəsinin rəisi, 2000 – 2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi olmuşdur.

2004-cü ildən Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədridir.

Ailəlidir, üç övladı var.

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının rəsmi dövlət platforması