1979-cu ildə Bakı şəhərində anadan olub.
1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan – İtaliya Ticarət Palatasının vitse-prezidenti olub.
Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində Hüquq fakültəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.
2019-2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə maliyyə nazirinin birinci müavini təyin olunub.
İngilis, fransız və rus dillərini bilir. Evlidir, dörd övladı var.