Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

“Elektron müqavilə” altsistemi

Dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin edir və müqavilələrin elektron mühitdə tərtib, razılaşdırma, imzalanma və icra proseslərinin idarə edilməsini təmin edir. Altsistem müqavilə münasibətlərinin rəqəmsallaşdırılması vasitəsilə kağız daşıyıcılardan asılılığı azaldır və proseslərin operativliyini artırır.

Altsistem çərçivəsində müqavilələr elektron imza ilə təsdiq edilir, onların hüquqi qüvvəsi təmin olunur və bütün dəyişikliklər tarixçə üzərindən izlənilə bilir. Müqavilələrin şərtləri, maliyyə öhdəlikləri, icra müddətləri və ödəniş mərhələləri üzrə məlumatlar strukturlaşdırılmış formada saxlanılır ki, bu da maliyyə nəzarətinin və audit proseslərinin effektiv aparılmasına imkan yaradır.

E-müqavilə altsistemi digər büdcə və maliyyə informasiya sistemləri ilə inteqrasiya olunaraq müqavilə öhdəliklərinin icrasının real vaxt rejimində monitorinqini təmin edir. Bu inteqrasiya nəticəsində gecikmələrin, risklərin və potensial maliyyə öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi mümkün olur, dövlət vəsaitlərindən istifadədə şəffaflıq və səmərəlilik artırılır.

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının rəsmi dövlət platforması