Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Çağrı mərkəzi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “8778” qısa nömrəli Çağrı Mərkəzi “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.2-ci bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında Çağrı Mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”na uyğun olaraq fəaliyyət göstərir.

Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar “8778” qısa nömrəsinə stasionar və bütün mobil telefonlardan birbaşa müraciət edə bilərlər.

Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Çağrı Mərkəzi canlı rejimdə fəaliyyət göstərmədiyi vaxtlarda (həftənin şənbə-bazar və bayram günləri) vətəndaşlar səsli menyu vasitəsi ilə müraciət edə bilərlər.

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının rəsmi dövlət platforması