Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Haqqımızda

Nazirlik haqqında

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəi Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Həmin Fərmanla Nazirliyin strukturu və onun strukturuna daxil olan Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcu və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidmətinin də Əsasnamələri təsdiq edilmişdir.

Maliyyə Nazirliyinin Əsasnaməsinə uyğun olaraq Nazirliyin aparatı və Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcu və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Nazirliyin yerli bölmələri və tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin sisteminə daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 aprel tarixli 55 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq olunmuşdur. Həmin qurumlar aşağıdakılardır:

Nazirliyin tabeliyindəki qurumlar

Maliyyə Elm-Tədris Mərkəzi

Məlumat-Hesablama Mərkəzi

Maliyyə və uçot jurnalı redaksiyası

Bakı Konqres Mərkəzi

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Kontrast

Şrift ölçüsü