- Əsas səhifə
- Haqqımızda
- QanunvericilikAzərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Qanunları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin normativ sənədləri Büdcənin gəlir və xərc hissəsinin yerinə yetirilməsinin təhlili Qanunvericilik layihələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamları və Fərmanları
- İşə qəbul və kadrlar
- Əlaqə
Nazirlik haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəi Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
Həmin Fərmanla Nazirliyin strukturu və onun strukturuna daxil olan Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcu və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidmətinin də Əsasnamələri təsdiq edilmişdir.
Maliyyə Nazirliyinin Əsasnaməsinə uyğun olaraq Nazirliyin aparatı və Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcu və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Nazirliyin yerli bölmələri və tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin sisteminə daxildir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 aprel tarixli 55 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq olunmuşdur. Həmin qurumlar aşağıdakılardır:
© Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Son yenilənmə: 14.07.2025 00:21